SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıın daha bir ərazisində kütləvi şəkildə ağac kəsilməsi faktı qeydə alınıb. Budəfə ki, hadisə Bakının Yasamal rayonu mətbuat prospektində yerləşən "Ovçular Evi" ətrafında qeydə alınıb. 
 
BAKU.WS xəbər verir ki, ağacların kəsilməsi sosial şəbəkədə ciddi qınaq obyektinə çevrilib. Belə ki, çoxlu sayda küknar ağacı ekskavator vasitəsilə kökündən çıxarılıb. 
 
Qeyd edək ki, sökülən binanın yerində Milli Məclisin deputatları üçün yaşayış binası tikiləcək. Ərazidə yerləşdirilən məlumat lövhəsinə əsasən demək olar ki, binanın söküntü işlərini "Böyük Plaza" adlı tikinti şirkəti aparır. 

Tikiləcək binada isə yaşayış evlərindən əlavə, alış-veriş və əyləncə mərkəzi də olacaq. 

Xatırladaq ki, 2014-cü ildə "Azərovçu” kimi tanınan "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin fəaliyyəti ilə bağlı ziddiyyətli xəbərlər gündəmə çıxırdı. Cəmiyyətə məxsus "Ovçular evi” binasının sökülərək yerində böyük biznes mərkəzinin tikiləcəyinə dair xəbərlər yayılmışdı. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Azərovçu” tərəfindən saysız-hesabsız qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən hələ 2006-cı ildə ETSN ilə "Azərovçu” arasında ovçuluq təsərrüfatlarının idarə olunmasına dair bağlanmış müqavilələr ləğv edilib. Bütün ovçuluq təsərrüfatları Nazirliyin balansına keçib.
 
Aynur Ələkbərova
BAKU.WS