SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeniyetmələr arasında keçirilən Basketbol üzrə Respublika Liqasında McDonad’s Azərbaycan şirkətinin dəstəklədiyi NTD komandası artıq finala vəsiqə qazanıb.
 
BAKU.WS xəbər verir ki, 01.04.2017-ci il tarixində keçirilən ilk final qarşılaşması keşirilmişdir. Çətin keçən oyuna və qarşı komandanın güclü olmasına baxmayaraq, NTD komandası ilk oyunu «66-57» hesabı ilə qalib gəlib.

NTD komandasının baş məşqçisi Tahir Baxşəliyev "Biz bu il yeniyetmələrdən ibarət NTD Basketbol komandamızla Azərbaycan Çempionatında çıxış edirik. McDonald’s Azərbaycan şirkətinin idmançılarımıza və komandamıza dəstəyı bizə çempionatda çox böyük kömək oldu. Bildiyimiz kimi, bizim komanda finalda birinci qələbəyə imza atıb və bu hələ son deyil. Bütün komandamız adından McDonald’s Azərbaycan şirkətinə göstərdiyi diqqət və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm” qeyd edib.

McDonald’s xeyriyyə tədbirləri ilə yanaşı idmanada dəstəyini hər zaman nümayiş etdirir. Qeyd etmək istəyirik ki, 1976-cı ildən başlayaraq McDonald’s Olimpiya oyunlarının, Futbol üzrə dünya çempionatının və digər beynəlxalq idman oyunlarının rəsmi dəstəkçisidir. Biz idmançılarımıza dəstək göstərdiyimizə və onların gözəl nəaliyyətlərini görməkdən qurur hissi duyuruq. Biz Azərbaycanın bütün idmançılarına uğurlar arzu edirik və hər zaman Beynəlxalq arenalarda Azərbaycanın bayrağını ucalarda dalğalanmasını arzu edirik.
 
BAKU.WS