VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Noyabr ayının 1-i bütün McDonald’s restoranlarında "Əl Uzat -  Qəlbini Aç!” xeyriyyə aksiyasına start verildi. Noyabrın 1-dən 20-dək bütün restoranlarda suvenir olaraq satılan qolbaqlar və böyük Frenç Frayz-ın (yalnız noyabrın 20-də) satışından əldə olunan vəsait Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən  "Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün №2 –li ümumi orta internat” məktəbinin ehtiyaclarını ödəmək üçün sərf olunacaq.

4 noyabr tarixində McDonald’s Azərbaycan MMC mərkəzi ofisinin işçiləri "Əl Uzat -  Qəlbini Aç!” aksiyasına və işçilərə dəstək olmaq üçün 1 gün ərzində  McDonald’s restoranlarında işlədilər. 

McDonald’s Azərbaycan MMC-nin mərkəzi ofisinin bütün heyəti restoranlara gələrək, öz həmkarlar ilə birlikdə istehsal prosesinin bütün mərhələlərində çalışdılar. 
Qeyd edək ki, dünyaca məşhur McDonald’s şirkəti 1955-ci ildən etibarən daima belə aksiyalar keçirir və buna davam etməyi planlaşdırır. 

McDonald `s Azərbaycanın İdarəedici Direktoru Maqsud Mirzəyev  - "Biz hər zaman öz işçilərimizlə fəxr etmişik və edəcəyik. Mən böyük qürur hissi ilə deyə bilərəm ki, 1999-cu ildə bizimlə ilk restoranı açan adi işçilərimiz şirkətin qoyduğu təlim proqramlarına uyğun olaraq ölkəmizdə və xaricdə təlimlər keçərək, bu gün şirkətin öndə gedən aparıcı mütəxəssislərinə çevrilmişlər. Biz bu aksiyanı keçirərək daima restoranlarımıza dəstək olduğumuzu nümayiş edirik, həmçinin, korporasiyanın banisi Rey Krokun "Balaca uşaqların böyük problemi olmamalıdır!” 1955-ci ildə yaratdığı  Ronald Makdonaldın Ümumdünya Xeyriyyə Fondunun şüarında səslənən fəlsəfəni davam etdiririk. 

Hal-hazırda şirkətimizdə 800-dən çox işçi çalışır və öz karyeralarını uğurla davam etdirirlər. Qeyd etmək istəyirəm ki, şirkətin inkişaf planına uyğun olaraq üzümüzə gələn il ərzində biz işcilərimizin sayını 1200 nəfərə çatdırmağı planlaşdırırıq.
   
BAKU.WS