SİZİN REKLAM BURADA!
055 213 76 73



"McDonald’s Azərbaycan şirkəti 2016-cı ilin Noyabr ayının 1-20 müddətində McDonald’s restoranlarında keçirilən "Əl Uzat Qəlbini Aç” adlı xeyriyyə aksiyasında iştirak edən bütün müştərilərə minnətdarlıq bildirir.
 
Aksiyanın simvolu kimi səmimiyyət və mərhəməti gətirən uzadılmış kömək əlini ifadə edən "ovuc” stikeri və xüsusi suvenir olan qolbaqlar seçilmişdir. Ənənəvi olaraq, aksiya Azərbaycandakı bütün McDonald's restoranlarında eyni vaxtda keçirilmişdir. 2016-cı ilin 1 - 20 noyabr müddətində McDonald's restoranında  "ovuc” stikerini, qolbaqları və böyük Frenç Frayzı (yalnız 20 noyabr) alan hər bir ziyarətçi xeyriyyə tədbirinin iştirakçısına çevrilib və uşaqlara yardım edib. Aksiya zamanı toplanmış 10922  manat   vəsait "Valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün №2-li ümumi orta internat məktəbi” üçün xüsusi idman meydançasının tikilməsinə sərf ediləcəkdir. 

İnternat evinin direktoru Məşədiyeva Dilarə xanım minnətdarlığını bildirdi: "Mən sizə belə gözəl bir aksiya təşkil etdiyiniz üçün dərin təşəkkürlüyümü bildirirəm, "Əl Uzat-Qəbini Aç” şüarı sözün əsl mənasında qəlbinizi uşaqlar üçün açdığınıza görə öz adımdan dərin minnətdarlığımı bildirirəm. McDonald’s Azərbaycan şirkətinə və işçi heyətinə xüsusi təşəkkür edirəm. Bildiyim qədər şirkət mütəmadi olaraq bu cür aksiyalar keçirir və onlara bu cür xeyriyyə tədbirlərini daima belə uğurla başa çatdırmalarını və yardım aksiyalarının davamlı olmasını arzu edirəm.”

Qeyd edək ki, «Əl uzat qəlbini aç» aksiyası BMT-nin 20 noyabr 1959-cu il tarixində qəbul edilən deklarasiyaya uyğun olaraq hər il noyabrın 20-si qeyd olunan Ümumdünya Uşaqlar Gününə təsadüf edilib. 
 
BAKU.WS