SİZİN REKLAM BURADA!
055 213 76 73


 
«Soyuq Əllər, İsti Ürək» xeyriyyə yarmarkasının "Mələklər” komandasına Ambassade de la Beaute gözəllik səfirliyi qoşuldu.
 
Ambassade de la Beaute həm də layihənin sponsorlarındandır. Əsas missiyası bizim gözəlliyimizin və gəncliyimizin qayğısına qalmaqdan ibarət olan gözəllik səfirliyi köməyə ehtiyacı olan uşaqlara Yeni il möcüzəsi bəxş edəcək. 

Xatırladaq ki, "Soyuq əllər, İsti ürək” xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq, müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək. Bu il xeyriyyə yarmarkasında təşkilatçılara ehtiyacı olan uşaqların müalicəsinin və əyləncəsinin həyata keçirilməsinə laqeyd qalmayan könüllülər komandası kömək edəcək.
 
"Nargis” Fondu könüllülərin "Mələklər” (We are Angels) kimi tanınacaqlarını elan edib. Könüllülərin cəlb olunması prosesinə artıq start verilib və qeydiyyat noyabr ayının 20-dək davam edəcək.
 
BAKU.WS