Dünya karatesinin "Brilyant oğlanı” Rafael Ağayevin yeni doğulmuş oğlunun fotosu ortaya çıxıb. 

BAKU.WS-in əldə etdiyi görüntüdə Rafael Ağayevin bir neçə gün öncə dünyaya gələn oğlunun görüntüsü əks olunub.  

Qeyd edək ki, Rafael Ağayev ötən il ailə həyatı qurub. 
  
Karatenin "Brilyant oğlanı” karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. 
 
 
Şahin Həbibov
BAKU.WS