Dünya karatesinin "Brilyant oğlanı” Rafael Ağayev ata olub. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, Rafael Ağayevin oğlu dünyaya gəlib. 

Qeyd edək ki, Rafael Ağayev ötən il ailə həyatı qurub. 
  
Karatenin "Brilyant oğlanı” karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. 
 
Şahin Həbibov
BAKU.WS