SİZİN REKLAM BURADA!
055 213 76 73


 
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan - Almaniya oyununu rəqib ölkədə qadın jurnalist şərh edəcək.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, RTL telekanalında canlı yayımlanacaq matçı tamaşaçılara Laura Vonttora çatdıracaq.

O, qarşılaşmanı Almaniya millisinin sabiq qapıçısı Yens Lehmanla birlikdə şərh edəcək. Bu, Lauranın uşaqlıq arzusu olub. Telekanal rəhbərliyinin bu etimadından sonra Laura sevincini dilə gətirib: "Çox sevinirəm. Yens Lehmanla birlikdə futbol şərh etmək möhtəşəm olacaq”.
 
BAKU.WS