SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu ilin mart ayında hollandiyalı qadın Laura Qətərin paytaxtı Dohadakı bir oteldə təcavüzə uğrayıb.
 
BAKU.WS-in məlumatına görə, rəqqasə olduğu məlum olan qadının içkisinə yuxu həbi atılıb. Suriya mənşəli bir nəfər tərəfindən yarı huşsuz şəkildə oteldən çıxarılan Laura təcavüzə uğrayı. Səhər özünə gəldiyində vəziyyəti fərq edən gənc qadın 14 martda Qətər polisinə gedərək şikayətçi olub.

Ancaq polis Lauranı "içki içmək və zina etməkdə" günahlandıraraq saxlayıb. Qətər qanunlarına əsasən, təcavüz də zina sayılır. Həm qadın, həm də təcavüz şübhəli günahkar sayılır. Polis, hollandiyalı qadınla yanaşı təcavüzkar şəxsi də saxlayıb. Şübhəli ifadəsində təcavüz iddialarını rədd edib.

Şübhəlinin ailəsi hollandiyalı qadına təcavüzkar şəxslə evlənməyi təklif edib. Ailə, bu vəziyyətdə iddianın qüvvədən düşəcəyini və hər ikisinin də sərbəst qalacağını söyləyib. Ancaq vəkili, bu təklifi rədd etdiklərini açıqlayıb. Gənc qadının anası Marian, yaşananları kabus olaraq qiymətləndirib.
 
 
Niderland Parlamentindəki bütün partiyalar, Lauranın vəziyyəti mövzusunda hökumətdən şərh istədi. Müxalifət partiyaları, hökuməti bu mövzuda kifayət qədər səy göstərməməklə günahlandırdı.
 
Hollandiya hökuməti 14 martdan bu yana saxlanılan Lauranın sərbəst buraxılması üçün diplomatik cəhdlər göstərir. Ancaq gənc qadının müsəlman olması, Qətər qanunları qarşısında Hollandiyanın işini çətinləşdirir. Niderland mətbuatına görə Qətər, təcavüzü də "zina" olaraq qiymətləndirir.
 
Lauranın məhkəməyə çıxaraq haqqını tələb edəcəyi bildirilir. 
 
BAKU.WS