055 213 76 73
UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək.
BAKU.WS-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək. O, Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.
Xatırladaq ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.
Ziya Səccad
BAKU.WS