VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
"Zühal Topal"la verlişinin iştrakçısı Naz Əliyə qeyri-adı sürpriz edib.
 
BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, Türkiyənin Star TV-də yayımlanan azərbaycanlıların da iştrak etdiyi "Zühal Topal"la verlişində iştrakçı olan Naz və onun üçün Azərbaycandan namizəd olan Əli arasında yenilik yaşanıb.
 
Onu qeyd edək ki, bir neçə gün əvvəl qəflətən verlişi tərk edərək Bakıya qayıdan Əli sonradan verlişə zəng edərək hərəkətinin səbəbi kimi Naz ilə olan münasibətini bildirmişdi. Verlişin dünənki buraxılışında isə yenidən Türkiyəyə qayıdan Əli studiyaya gələrək yeni açıqlamalar verib. O, Nazla danışdıqdan və onun ağladığını gördükdən sonra çox pis olduğunu bildirib. Zühal Topal isə onun Azərbaycana qayıtdıqdan sonra evlənməsi barədə yayılan xəbərlərə açıqlama gətirməsini xahiş edib. Əli bu xəbərlərin yalan olduğunu, sosial şəbəkələrdə yayılan şəkillərin çox əvvəllər aparılan bir fotosesiya olduğunu bildirib. Əli Naza qarşı sevgi hissinin olduğunu da etiraf edib. Amma onunla bir yola çıxmağa qorxduğunu və bu yolun sonunu görə bilmədiyini də söyləyib.
 
Daha sonra Naz Əliyə sürpriz edərək ona ağ rəngli bəylik kostyumu hədiyyə edib. Naz bu hərəkətinin səbəbini Əlinin bu kostyumda yalnız öz yanında görmək istəməsi ilə açıqlayıb. Cütlük yenidən birlikdə olmağa qərar verib.      

BAKU.WS