Meksikanın yaxınlığında meşə kanarında qorxunc ada hələ də turistlərin marağındadır. Lakin həmin adaya getməyə çoxunun cəsarəti çatmır.

BAKU.WS-in məlumatına görə, həmin adada gecələr dəhşətli qız çığırtısı eşidilir. Bu zaman ada sakinləri ayağa qalxır və meşəyə üz tuturlar. Onlar meşədəki ağaclara uşaq oyuncaqları bağlayırlar. Ada sakinləri bunu uzun illər əvvəl Qorxunc adada baş verən ilginc hadisə ilə əlaqələndirirlər.

Təxminən 50 il bundan əvvəl həmin adanın sakinləri səhər saatlarında gənc qız meyiti tapıblar. Meyitin üstündə isə uşaq kuklası olub. Camaat kuklanı atıb, meyiti isə dəfn ediblər.


Elə həmin gecə bütün ada insanlarının tüklərini ürpədən səs bürüyüb. Gənc qız səsi dəhşətli şəkildə "Oyuncağı qaytarın” deyərək insanları vahiməyə salıb. Həmin gecə camaat meşəyə gedərək ağaclara uşaq kuklası bağlamağa başlayıblar. O gündən bəri, həmin adada ara-sıra belə vahiməli səslər eşidilir.

50 ildir davam edən bu hadisə nəticəsində indi həmin adanın yaxınlığındakı meşədəki ağacların hamısında uşaq oyuncağı asılıb. Lakin hələ də həmin vahiməli səs kəsilmir.

Ziya Səccad
BAKU.WS