Azərbaycanda qadın qısqanclığının pik nöqtəsi sayıla biləcək hadisə baş verib. BAKU.WS-in redaksiyasına məktubla müraciət edən Samirə Xəlilova həyat yoldaşlarının onlara xəyanət etdiklərinindən şübhələnən qadınlara şəxsi nümunəsi ilə məsləhət verib. 


Demək hadisə belə baş verib. Samirə xanım həyat yoldaşınının ona xəyanət etdiyindən şübhələnsə də uzun müddət bunu ona sübut edə bilmir. Nəhayət qadının ağlına gözlənilməz bir fikir gəlir. Son model BMW 7 avtomobili olan həyat yoldaşına təhlükəsizliyi bəhanə edərək maşına quraşdırmaq üçün videoqeydiyyatçı alır. Samirə Xəlilova avtomobil üçün elə model vodeqeydiyyatçı seçir ki o həm ön şüşəni, eyni zamanda maşının salonunu çəkərək, avtomobildəki səsi də yaza bilsin.  Qadın hər axşam evə qayıdan həyat yoldaşından xəbərsiz qaraja enərək videoqeydiyyatçının yaddaş kartını çıxararaq yenisi ilə əvəz edir. Növbəti gün əri işə gedəndən sonra isə Samirə xanım kartı kompüterə salaraq həyat yoldaşının ötən günki maşındakı "macərəlarına” baxır. Həyat yoldaşı isə ağlına belə gətirmir ki, maşınına əyləşdirdi xanımlar və salonda telefonla danışdığı söhbətlərdən arvadının xəbəri ola bilər. Cəmi bir neçə gündən sonra qadının ehtimalları özünü doğruldur.  Videoqeydiyyatçının yaddaşına düşən görüntüdən görünür ki, həyat yoldaşı maşınına sevgililərini əyləşdirirmiş.  

Bir aydan sonra isə Samirə Xəlilova əri üçün yeni sürpriz hazırlamışdı. Samirə xanımın işlədiyi ofisə boşanma ərizəsi ilə bağlı məhkəmə məktubu gəlmişdi. Evdə isə onu "gözəl fotosessiya” gözləyirdi. Samirə xanım videoqeydiyyatçının yaddaşında olan görüntülərdən ibarət albom düzəltmişdi. Onun əri üçün hazırladığı sürprizdə maşının salonundan çəkilmiş bir neçə video da yer alırdı. Bütün bu arqumentlər qarşısında Samirə Xəlilovanın həyat yoldaşı xəyanətini etiraf etməli oldu. 

İndi Samirə xanım boşanmış qadındır. O, həyatın ona çox şey öyrətdiyini düşünür. Zəngin həyat təcrübəsini BAKU.WS –lə bölüşməklə Samirə xanəm ailə həyatında problemləri olan qadınlara kömək edəcəyini hesab edir. Nə deyirik ki... Nəticəni yazını oxuyan oxucularımız çıxaracaq.   

BAKU.WS