SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Səba” brendi www.azexport.az platformasına çıxıb.
 
İndiyədək yalnız öz mağazaları və distribüterlər vasitəsilə yayılmaqla, digər mağazalarda satılan "Səba” məhsulları Azərbaycanda istehsal olunan məhsulların ümumi məlumat bazası olan bu saytda da təqdim olunmağa başlayıb. Saytda həm "Səba” ASC-nin istehsalı olan quş əti məhsulları, həm "Biləsuvar Aqro”-nun süd məhsulları, həm də "Dəvəçi Dərin Emal” müəssisəsinin yarımfabrikatları yerləşdirilib.
 
Qeyd edək ki, Səba brendi "Made in Azerbaijan” nişanı ilə quru süd ixracını həyata keçirir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkil etdiyi ixracın təşviqi missiyalarında fəal iştirak edən şirkət artıq bəzi xarici şirkətlərlə razılaşmalar reallaşdırmaq ərəfəsindədir.
 
"Ümid edirik ki, dövlətin bizim üçün yaratdığı bu yeni imkandan, www.azexport.az platformasından istifadəmiz xarici ölkələrdə məhsullarımıza alıcı tapılmasına vasitəçi olacaq” – Səba şirkətindən belə bildiriblər.