SİZİN REKLAM BURADA!
055 213 76 73



Səba öz istehsalı olan təzə ət və süd məhsullarını istehlakçıya birbaşa çatdırmaq üçün öz dükanlar şəbəkəsini yaradır. Artıq Abşeron yarımadasında (Bakı, Abşeron rayonu, Sumqayıt) sayı 48 olduqdan sonra şirkət bu barədə rəsmi məlumat verməyi qərara alıb.

Şirkətin media ilə əlaqələr xidmətindən verilən məlumata görə, il sonunadək bu marketlərin sayı 2 dəfə artırılacaq. Şüarı "Təbiətdən mətbəxə" olan Səba öz dükanları ilə məhsulunu gündəlik və təzə olaraq müştərinin mətbəxinə  birbaşa çatdırmaq missiyasını yerinə yetirəcək.

Peşəkar satış təlimləri keçmiş qadın satıcıların çalışdığı kiçik Səba ət-süd dükanlarının konsepsiyası "hər zaman əl altında olan doğma məhlə dükanı"dır. Hər səhər təzə toyuq əti, tikələri, içalat, eləcə də Səba-nın kəsmik, xama kimi məhsulları ilə təmin olunan dükanlar "az-az, təzə-təzə" prinsipi ilə alış-veriş edən ailələrə ünvanlanıb. Hər günün sonunda dükanın vitrinləri boşaldılır və səhəri gün yeni məhsullarla təmin edilir.

"Şirkətin kəsimxanalarında gecə kəsilmiş quşların əti səhər tezdən - 6 saatı keçmədən Səba ət və süd dükanlarında alıcılara çatdırılır. Bu vaxt limiti təzə emal olunmuş süd və süd məhsullarına da aiddir. Məqsədimiz məhsulun soyuq saxlanma həddinə çatmasına ehtiyac duymadan istehlakçıya çatdırılmasıdır” – Səba-nın media ilə əlaqələr xidmətindən belə bildirilib.

Səba hazırda Azərbaycanın dövlət halal standartına malik yeganə toyuq əti istehsalçısıdır. Azərbaycanın ən iri kənd təsərrüfatı şirkətlərindən olan Səba-nın istehsal etdiyi toyuqlar ve emal etdiyi süd  Ağcabədi,  Beyləqan , Ağsu və Kürdəmir rayonlarındakı 7 min hektar sahəsi olan tarlalarında becərilən qarğıdalı, buqda, soya və digər dənli bitkilərlə bəslənilir.