SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Səba şirkəti İnvestisiya təşviqi sənədi almaq üçün investisiya layihəsi ilə birgə lazım olan digər sənədləri İqtisadiyyat Nazirliyinə təqdim edib.
 
Şirkət investisiya layihəsinə görə qarşıdakı 2 ildə quşçuluq təsərrüfatının istehsal həcminin artırılması və texnoloji cəhətdən modernləşməsinə 1,3 milyon manat investisiya qoymağı planlaşdırır. Avropa və Türkiyənin broyler avadanlıq və texnikası istehsal edən, quraşdıran 4 müəssisəsi ilə müqavilələrini artıq imzalamış Səba qabaqcıl texnologiyalardan istifadə etməklə istehsalatın effektivliyini daha da artırmaq, doğrama, emal və qablaşdırmada əl əməyindən istifadəni minimuma endirmək və bununla da məhsulun maya dəyərinin aşağı salmaq niyyətindədir.
 
İnvestisiya layihəsini başa çatdırdıqdan sonra şirkət illik istehsal gücünü 25 min tonadək artıracaq. Hazırda illik istehsal gücü 17 min ton toyuq ətidir.
 
İnvestisiyanın təşviqi sənədi Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına və ölkə başçısının "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli Fərmanına uyğun olaraq təqdim edilir. Sənədin verilməsində məqsəd ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılmasıdır.