SİZİN REKLAM BURADA!
055 213 76 73


Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında getdikcə unudulmaqda olan sandıqçılıq sənətini yaşadan sərdarlılar ailəsindən bəhs olunub.

Çətin və detallı iş sərdarlılar ailəsinin vizit kartına çevrilib. Maraqlıdır, niyə məhz sandıqçılıq? Onları sandıqla doğmalaşdıran nə olub?

Sandığın hazırlanması ailənin başçısı Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlının depressiyaya düşməsindən sonra başlanıb.

Onun sözlərinə görə, aktiv həyat sürdüyü zaman, yaxşı bir zirvəyə çatdığı anda səhhəti onu büdrədir və yatağa düşür. Depressiya ondan əl çəkmir və Sərdar bəyin 37 illik ömür-gün yoldaşı Lalə xanım və oğlu Toğrul bir şəkildə onu bu bataqlıqdan çıxarmaq üçün çıxış yolu axtarırlar.

“Həmin vaxt həyat yoldaşım əl işləri hazırlayırdı. O, düşüncələrimi təmizləmək üçün mənə bir qutu verdi ki, bunu estetik baxımdan gözəl görünən, həm də fərqli olan əl işinə çevir. Həmin qutunun axırı bu sandıqlara qədər gəlib çıxdı”, - deyə İ.Sərdarlı söyləyib.

Sərdarlılar ailəsi çox qonaqpərvərdir. Bir çox turistlər də bu evə gəlib sandıqlarla maraqlanırlar. Hətta “Ailəm” adlı sandığı 70 min avroya almaq istəyənlər də olub.

BAKU.WS
VİDEO