SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur astroloq Tamara Qloba yeni proqnoz verib. Tamara Qlobanın hesablamalarına görə, aprel ayı hər bürc işarəsinə böyük dəyişikliklər gətirəcək. Ayın əvvəlində baş verəcək tutulma da taleyimizdə böyük rol oynayacaq.

BAKU.WS xəbər verir ki, aprel ayı Qoç bürcündə doğulanların ayıdır. Liderlər, həmişə öndə olmağa çalışan insanların ayıdır. Bir çox kosmik hadisələr bizə gələcək dövrdə böyük dəyişikliklər gətirəcək.

Köhnə layihələri tamamlamaq və yeni ideyalar irəli sürmək üçün yaxşı vaxtdır. Aprel gözlənilməz dəyişikliklər və gələcəyə proqnozlar hazırlayacaq hadisələrlə doludur. Bu dövr demək olar ki, cəsarətli ideyalar daşıyan hər kəs üçün imkanlar yaradır.

Aprelin 8-də baş verəcək Günəş tutulması insanların həyatında böyük rol oynayacaq.

Maliyyə və maddi strukturlarla bağlı böyük dəyişikliklər olacaq.

Aprelin ikinci yarısından “yeni dünya” qurmaq imkanı yaranacaq.

Zəlzələlər və sellər, daşqınlar aktivləşəcək. Təbiət məhsul yığımı üçün yaxşı imkanlar yaradacaq.

Aprel ayında xüsusi diqqət etməli olduğunuz rəqəmlər bunlardır: 6, 7, 8, 9, 10, 11, 12, 13, 16, 17, 20, 21, 23, 28.

Cavid Babayev
BAKU.WS