SİZİN REKLAM BURADA!
055 213 76 73


Orqanizmdə vitamin və mineralların defisiti ilin fəsillərindən asılı olmayaraq hər zaman müşahidə olunur və bunu təmin etmək lazımdır.

BAKU.WS medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Kristina Çepıqova vitamin defisitindən ən çox əziyyət çəkənləri sadalayıb.

" Yaşı 60-dan yuxarı olanlar, yenidoğulmuşlar, hamilələr, əməliyyatdan sonra, mədə-bağırsaq xəstəliyi olanlar, alkoqol və siqaret çəkənlərdə ciddi avitaminoz olur.

Hətta ən sadə balanslaşdırılmış qida insana vacib elementləri verə bilər.

Defisitin qarşısını almaq üçün hər gün 5 posr tərəvəz-meyvə, 2-3 pay süd məhsulları, 2-3 yüksək zülal tərkibli qida - toyuq, ət, yumurta və s. yemək lazımdır.

Hazırda belə bir mif yayılıb ki, indiki meyvə-tərəvəzdə vitamin yoxdur. Bu fikrin elmi əsası yoxdur.

O ki, qaldı vitamin preparatlarına, onlar çox vaxt nəinki faydasız, hətta sağlamlığa zərərli ola bilər. Yeməkdən yox, aptek vitaminlərindən istifadə edərəm düşünənələr səhv edir".

BAKU.WS