SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ATV telekanalının xəbərlər proqramın aparıcısı Aytən Səfərovanın səhhəti pisləşib.

BAKU.WS xəbər verir ki, aparıcı bu barədə İnstagram səhifəsində məlumat yayıb. Aytən Səfərova səhhətinin pisləşməsində bilavasitə ətarfındakıları günahlandırıb. Ona nəfs, nəzər dəydiyini düşünən aparıcı özünə səbr diləyib.

"Hər şey gedir. Səhhətim də. Belə dərd olar? Bu nə vəziyyətdi, bu nə gündü? Düşmüşəm. Çıxa bilmirəm. Kimin ağlından nə keçirsə Allah əvvəl öz qarşısına çıxarsın. Yaxşılıqları da pislikləri də. Kimin kimdə nəfsi və gözü varsa, Allah geri, özlərinə sarı çəksin. Mənə də səbr versin bu çətinliklərdən çıxmağım üçün. Bu aralar çox yoruldum".
 
Qeyd edək ki, aparıcı ötən ilin yayında bağlanan ANS telekanalında çalışıb.
 
Aynur Ələkbərova
BAKU.WS