Aytən Səfərovanın səhhəti pisləşdi- insanlara qarğış etdi (FOTO)
ATV telekanalının xəbərlər proqramın aparıcısı Aytən Səfərovanın səhhəti pisləşib.
BAKU.WS xəbər verir ki, aparıcı bu barədə İnstagram səhifəsində məlumat yayıb. Aytən Səfərova səhhətinin pisləşməsində bilavasitə ətarfındakıları günahlandırıb. Ona nəfs, nəzər dəydiyini düşünən aparıcı özünə səbr diləyib.
"Hər şey gedir. Səhhətim də. Belə dərd olar? Bu nə vəziyyətdi, bu nə gündü? Düşmüşəm. Çıxa bilmirəm. Kimin ağlından nə keçirsə Allah əvvəl öz qarşısına çıxarsın. Yaxşılıqları da pislikləri də. Kimin kimdə nəfsi və gözü varsa, Allah geri, özlərinə sarı çəksin. Mənə də səbr versin bu çətinliklərdən çıxmağım üçün. Bu aralar çox yoruldum".
Qeyd edək ki, aparıcı ötən ilin yayında bağlanan ANS telekanalında çalışıb.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Aytən Səfərova Bakı metrosundan şikayətləndi: “Yeraltı saunadır...”
Aparıcı Aytən Səfərova Bakı metrosundan şikayətlənib. BAKU.WS xəbər verir ki, metrodan istifadə edən aparıcı fikirlərini "Facebook” profilində yazıb: "Bakı M...