Aytən Səfərova Bakı metrosundan şikayətləndi: “Yeraltı saunadır...”
Aparıcı Aytən Səfərova Bakı metrosundan şikayətlənib.
BAKU.WS xəbər verir ki, metrodan istifadə edən aparıcı fikirlərini "Facebook” profilində yazıb:
"Bakı Metropolitenindən istifadə etməkdəyəm… Hazırda qatarda gedirəm. Məncə, hər metrostansiyanın girişində ürək-damar və ağ ciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz.
Bu, nədir? Metroda, qatarlarda havalandırma sistemi deyilən şey yoxdur. Camaat sanki yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minərlə insan - yaşlı, əliuşaqlı, hamilə, xəstə metrodan istifadə etməyə məcburdur. Havalandırma sistemini düzəldin, insanlara belə zülm verməyin. Bu qədər işlər görülür, amma kiçik mənfi hal bu boyda işi kölgədə qoyur”.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Aytən Səfərovanın yeni işi bəlli olub (FOTO)
ANS-in keçmiş aparıcısı Aytən Səfərovanın yeni işi bəlli olub. BAKU.WS məlumat verir ki, aparıcı 106.3 FM-də çalışmağa başlayıb. A.Səfərova bu haqda sosial şə...