SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda tekila festivalının keçirilməsi nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini bildirib.

Onun sözlərinə görə, festival oktyabrın sonlarına planlaşdırılır. Festivalda tekilanın müxtəlif növləri nümayiş olunacaq, həmçinin bu içki  növü üzrə Meksikadan dəvət olunacaq ekspert tekilanın sortları və istehsal prosesi barədə məlumat verəcək.

Bundan əlavə, Bakıda Meksika filmlərinə baxışın təşkil edilməsi, eləcə də fotosərginin təşkili də nəzərdə tutulur.