SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Giraf Əliyev dostları ilə birlikdə piyada döyüş maşını BMP-də gəzintiyə çıxıb.

 
BAKU.WS xəbər verir ki, Giraf Əliyev dostları ilə birlikdə əyləndiyi anları özü lentə alaraq İnstagram səhifəsində paylaşıb. Video böyük marağa səbəb olub.

Bundan başqa Sevil Əliyevanın böyük oğlu Giraf Əliyev idmanla məşğul olur. o, 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycan yığma komandasının tərkibində çıxış edib. Bu mötəbər yarışda Giraf Əliyev 5-ci yeri tutub.

Qeyd edək ki, BMP piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. Maşın "Kurqanmaşzavod" istehsalat birliyində buraxılır. Piyada döyüş maşını şəxsi heyəti qəlpə və atıcı silahlardan, üz hissəsi isə 30 mm-lik mərmilərdən qoruyur. 
 
Aynur Ələkbər
BAKU.WS