SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə xüsusi hədiyyə edib.

"Qafqazinfo”nun məlumatına görə, nazirliklə şirkət arasında əldə olunmuş razılığa əsasən "Palmali”yə aid "DeepFlight DF-302 Super Falcon 2” sualtı qayığı FHN-ə bağışlanıb.

Qeyd edilir ki, adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən nefçilərin axtarışına da tövhə verəcəyi istisna deyil.

Razılaşma predmeti olan "DeepFlight DF-302 Super Falcon” sualtı qayığı 2014-cü ildə istifadəyə verilib. Qayığın uzunluğu 6.3 metr, eni 2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən «DeepFlight DF-302 Super Falcon» üç sürət rejiminə malikdir və rahat idarəolunması ilə seçilir.
 
BAKU.WS