Milyon dollarlıq fırıldaq: Azərbaycanlı milyarderin pulları ilə qumar oynadı, mülklərini öz adına keçirdi
"Palmali Qrup" şirkətinin vəzifəli şəxslərindən Vüqar Hüseyn sabiq idarə heyəti sədrinin müavini Alaattin Aytaç haqqında iddialar ortaya qoyub.
BAKU.WS-in məlumatına görə, Vüqar Hüseyn bildirib ki, Aytaç şirkətdən ayrıldıqdan sonra "Palmali Qrup"a aid bəzi şirkət hissələrini və əmlakları təhvil verməyib.
Dünyanın ən böyük 10 gəmiçilik şirkətindən biri olan "Palmali Qrup" şirkəti azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsusdur. İddialara görə, Aytaç şirkətin pulu ilə böyük miqdarda qumar oynayıb, İstanbulda olan lüks əmlakları isə şirkətə təhvil verməyib. İttiham olunan şəxslə əlaqə saxlamaq hələki mümkün olmayıb. Şirkət nümayəndələri edilən bütün ödənişləri, pul tranfertlərini araşdırır.
Vüqar Hüseyndən əldə edilən məlumatlara görə, 15 ilə yaxın çalışdığı şirkətdə Aytaç "iki nömrə" mövqesində idi. Mənsimovdan sonra şirkətin bütün əməliyyatları ilə maraqlanan Aytaçla yolların ayrılmasından sonra böhran ortaya çıxıb. İddiaya görə, Aytaç üzərinə qeydli olan şirkətləri təhvil verməyib. Qrupa aid olan İstanbuldakı bir villa, üç qiymətli daşınmaz əmlakın da təhvil verilmədiyi məlum olub. Dörd gəmisi olan Maltadakı bir şirkətin də Aytaçın üzərinə qeydiyyatda olduğu iddia olunur.
Araşdırmalardan məlum olub ki, "Palmali" şirkətindən Kıbrısdakı bir şirkətə ödəmə edilib. Kıbrısdakı şirkətin Aytaçın bir yaxınının üzərinə qeydiyyatda olduğu, bu şirkətlə əməkdaşlıq edilmədiyi halda böyük miqdarda ödəmə edildiyi iddiası da gündəmdədir. Aytaçın xaricdə qumar oynadığı zaman ödənişləri şirkət kartlarından etdiyi deyilir. Həmin ödənişlərin milyonlarla dollar olduğu iddia olunur.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
SOCAR azərbaycanlı milyarderə kredit verdi
SOCAR "Palmali International Holding Co Ltd"-yə ("Palmali") 120 mln. ABŞ dolları məbləğində kredit ayırıb. APA xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üz...