Bu gün dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edir.

BAKU.WS
-in məlumatına görə, bu bayram qeyri-müsəlman ölkələrində də təmtəraqla qeyd edilir.

Rusiyada yaşayan müsəlmanlar bütün şəhərlərdə meydanlara toplaşaraq qurbanlar kəsirlər. Təkcə Vladivostok şəhərində səhər saatlarında 2 min insan küçələrə axışıb. Qoyunlar kəsilərək ehtiyacı olan ailələrə paylanıb.

Qeyd edək ki, Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki müqəddəs bayramdan biridir. Yəni İslama görə, ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun da biri Qurban bayramıdır.
 
Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan Bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

Ziya Səccad
BAKU.WS