SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putin istedadlı uşaqlarla zaraftlaşıb.
 
BAKU.WS-in məlumatına görə, prezident uşaqlara coğrafiya üzrə bir neçə sual verib və onları imtahan edib. 

Putin coğrafiya üzrə çox olimpiadaların və müsabiqələrin iştirakçıları 5 yaşlı Timofeylə və 9 yaşlı Miroslavla söhbəti zamanı maraqlı anlar yaşanıb. Putin Miroslavdan soruşur ki, Rusiyanın sərhədləri harada qurtarır. "Rusiyanın sərhədləri ABŞ sərhəddəki Berinq boğazında qurtarır...", - deyə məktəbli cavab verib. 

Buna Putinin reaksiyası isə hər kəsi güldürüb. "Rusiyanın sərhədləri qurtarmır",- deyə putin zarafatla əlavə edib.
 
Rusiya dövlət başçısının bu sözləri beynəlxalq agentliklərin əsas xəbərinə çevrilib. 

Şahin Həbibov
BAKU.WS