SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə futbol üzrə yerli çempionatın ikinci liqasında baş tutan "Ankaraspor"-"Nazilli Belediyespor" matçı ilə bağlı şok iddia ortaya atılıb. 

BAKU.WS xəbər verir ki, matçın nəticəsinin əvvəlcədən danışıldığı bildirilir. 

Belə ki, 90 dəqiqə ərzində klublardan heç biri rəqib qapısına bir zərbə belə endirməyib. 

Matçla bağlı açıqlama verən CHP-nin sədr müavini və Zonquldakı millət vəkili Deniz Yavuzyılmaz bildirib ki, iddiaların araşdırılması üçün məsələni təqib edəcək.

Matçın heç-heçə bitməsi sayəsində "Ankaraspor" pley-offda oynayacaq, "Nazilli Belediyespor" liqada növbəti ildə çıxış edəcək, "Zonguldak Kömürspor" isə aşağı liqaya düşəcək.

BAKU.WS
VİDEO

QALEREYA