SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə polisin keçirdiyi əməliyyat zamanı mütəşəkkil cinayətkar dəstə çökdürülüb.

BAKU.WS-in xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Qeyd olunub ki, İstanbulda keçirilən “Mahzen-34” əməliyyatında Sezai Gülmezin başçılıq etdiyi mütəşəkkil cinayətkar qrup məhv edilib.

Keçirilən əməliyyat zamanı mütəşəkkil cinayətkar dəstənin üzvü olan 9 şübhəli, o cümlədən qrup rəhbəri yaxalanıb.

Əməliyyat nəticəsində 3 sənədsiz silah, çox sayda patron ələ keçirilib.

[media=https://x.com/aliyerlikaya/status/1784810255987142801?s=46]

BAKU.WS