SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İstanbul, Muğla, Bursa və Mersin şəhərlərində təşkil etdiyi eyni vaxtda "Qəfəs" əməliyyatı çərçivəsində "Zaza Doğan" mütəşəkkil cinayət təşkilatı məhv edilib.

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 47 şübhəli saxlanılıb. Axtarışlar zamanı 8 silah və 1 kq narkotik vasitə götürülüb.

Mütəşəkkil cinayətkar dəstənin adam öldürmə, tüfənglə yaralama, borc və maddi imtiyazlarla bağlı qondarma məhkəmə yaratmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlama kimi cinayətlərdə əli olduğu müəyyən edilib.

Daxili İşlər Naziri Əli Yerlikaya əməliyyatın təfərrüatlarını paylaşıb.

Yerlikaya paylaşımında əməliyyatı həyata keçirən polis əməkdaşlarını təbrik edərək, "Bir daha bildirirəm: Cinayətdə təkəbbür göstərənlərə, xalqımızın dincliyini pozanlara, mütəşəkkil cinayət təşkilatlarına və cinayətkarlara dözməyəcəyik. quldur dəstələri, biz istənilən ölçüdə mütəşəkkil cinayət təşkilatlarını məhv edəcəyik və onları ədalətə təslim edəcəyik", - deyə bildirib.

BAKU.WS