VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Rusiya Federasiyası Çeşenistan Respublikasının prezidenti Ramzan Kadırov maraqlı açıqlama ilə yenidən mətbuatın gündəminə düşüb.
 
BAKU.WS-in məlumatına görə, çeçen lider Rusiyanın Suriyada əməliyyatlara başlaması məsələsinə münasibət bildirib. O bildirib ki, əgər Rusiya prezidenti Vladimir Putin əmr verərəsə, minlərlə çeçen əsgər Suriyada İŞİD terror təşkilatına qarşı döyüşəcək. 

"Əsas olan Rusiyanın qətiliklə beynəlxalq hüquqa uyğun hərəkət etməsidir. Suriya dövlət başçısı kömək istədi, biz müsbət cavab verdik. ABŞ, Avstraliya, Fransa və digərləri, quldur kimi davranırlar. Suriyada məsləhətçilərə də ehtiyac olacaq. Əgər Rusiya Silahlı Qüvvələri baş komandanı Vladimir Putin əmr versə günü sabah Qərbdə həyat yoldaşı olmayan, dünya standartlarında mütəxəssislərimizi oraya göndərməyə hazırıq. Təcrübəmiz var və məlumatlıyıq", - deyə Kadırov söyləyib. 
 
 
Çeçen lider təəssüf ki, hələ bu şeytanlara qarşı döyüşə qoşulmaq imkanlarının olmadığını diqqətə çatdırıb: "Ancaq əgər İŞİD-ə qarşı mübarizədə döyüşçülərə ehtiyac olsa, biz ilk sıralarda olacağıq", - deyə əlavə edib. 
 
ŞAHİN Həbibov
BAKU.WS