SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyor Jerar Depardye saxlanılıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə mənbəyə istinadən Agence France-Presse (AFP) məlumat yayıb.

Qeyd edək ki, 75 yaşlı ulduz cinsi qısnamada ittiham edilir.

***13:56

Fransalı aktyor Jerar Depardye cinsi qısnama iddiası ilə bağlı sorğu-sual olunmaq üçün Parisdə polis idarəsinə çağırılıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə BFMTV kanalı məlumat yayıb.

Kanal Depardyenin həbs oluna biləcəyinə də aydınlıq gətirib. Aktyor iki qadın tərəfindən cinsi təcavüzdə ittiham olunub.

Dindirilmə zamanı müzakirə olunan hadisələrin 2014-cü ildə Jan-Pyer Mokinin "Sehrbaz və Siamlılar" filminin və 2021-ci ildə Jan Bekkerin "Yaşıl Panjurlar" filminin çəkiliş meydançasında baş verdiyi bildirilib.

Jerar Depardye ittihamları rədd edir.

BAKU.WS