VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Tel-Əviv istiqamətindəki uçuşlara yeni aksiya barədə elan edir.

Bakı-Tel-Əviv-Bakı istiqamətində 10 yanvar tarixindən 10 mart 2017-ci il tarixinə kimi olan uçuşlara dekabrın 1-dən 20-ə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 299 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Həmçinin aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Tel-Əvivə uçuşları həftədə iki dəfə komfortlu Airbus A319 və A320 laynerlərində həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:  http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az
AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 (+99412) 598-88-80;
*8880.