SİZİN REKLAM BURADA!
055 213 76 73


 
  
ABŞ-ın Texas ştatında polis əməkdaşının 3 yaşlı uşağı xilas etməsinin videosu yayılıb.

BAKU.WS xəbər verir ki, videodan görünür ki, velosipedlə hərəkət edən uşağı avtomobil vurub və ətrafdakılar hadisə yerinə polis çağırıblar.

Əraziyə gələn polis əməkdaşları uşağa dərhal ilk tibbi yardım göstərməyə başlayır və uşağın həyatını xilas edirlər.

Hadisə yerində olan sakinlər həmin həyəcanlı dəqiqələri kameranın yaddaşına köçrüblər. Hadisə oktyabrın 12-də baş versə də video sosial şəbəkələrdə yeni paylaşılıb.
 
Ilyas Quliyev
BAKU.WS