VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 


Ekspertlərin hesablamalarına görə, yer kürəsinin hər 6 sakinindən biri nə zamansa cinsi yolla ötürülən hər hansı bir xəstəliyə yoluxub.

BAKU.WS xəbər verir k, Azərbaycanda da cinsi yolla keçən xəstəliklərin sayı ildən-ilə artmaqdadır. Buna bir neçə faktor səbəb olur. Cinsi partnyorların tez-tez dəyişdirilməsi, prezervativ istifadə etmədən cinsi əlaqə, fahişəlik və sair...

"Sağlam Ailə” klinikasının andrologiya şöbəsinin həkimi Fərid Məhərov bizimlə söhbətində mövzu ilə əlaqədar suallarımızı cavablandırır:
 
-Sizə müraciət edən pasientlərdə daha çox hansı cinsi yolla yoluxan xəstəliklərə rast gəlinir?

-Adətən, pasientlər yanıma profilaktik və klinik yoxlamalar üçün gəlirlər. Profilaktik yoxlamalarla müraciət edənlərdə əksər hallarda heç bir yoluxmaya, virusa rast gəlinmir. Bu pasientlərin arxivini araşdıran zaman məlum olur ki, onlar maarflənmiş, məlumatlı insanlardır. Yəni ya Avropada təhsil alıblar, ya da işləri xarici ölkələrdə olduğundan, onlarda hər hansı xəstəliklə, problemlərlə rastlaşmırıq. Çünki onlar Azərbaycanla tam bağlı insanlar deyil. Amma burada yaşayanların hamısı bizə birmənalı şəkildə mütləq klinik əlamətləri olan zaman mürciət edirlər. Ona görə də mən hər zaman tövsiyə edirəm ki, ildə heç olmasa bir dəfə tibbi müayindən keçsinlər, analizlər versinlər. Çünki infeksiya törədən xəstəliklərin böyük əksəriyyəti gizli formada keçir. Yəni heç bir əlaməti olmur. Çox zaman cinsi infeksiyalarla yoluxmadan sonra ümumiyyətlə, heç bir şikayət olmur və ya onlar zəif ifadə olunurlar. Buna görə də hər təsadüfi əlaqədən sonra cinsi infeksiyaların olub-olmamasına müayinə etdirmək vacibdir. Bununla siz öz daimi cinsi partnyorlarınızı ciddi problemlərdən qorumuş olursunuz. Bəzən də görürsən ki, dəfələrlə infeksiya tutub, adi aptek həkimlərinin və yanlış həkimlərin səhv müalicələri ilə kritik vəziyyətə çatır. Özünü diaqnostika və özünü mualicə ilə məsğul olmayın. Dəqiq diaqnozu yalnız mütəxəssis təyin edə bilər. Onu da deyim ki, QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) və Hepatit viruslarına yoluxan zaman ümumiyyətlə, heç bir əlamət olmur. Bu xəstəliklər sonda ölümlə nəticələnir. Amma sifilis xəstəliyinə yoluxan zaman cinsiyyət orqanında hansısa yaralar törənir. Bu yaraların da diferensasiyası – müxtəlif növləri var. 
Onu da qeyd edim ki, təxminən 5 il öncəyə qədər ay ərzində mənə müraciət edən pasientlərin 2-3-də sifilisə rast gəlinirdi. İndi isə həftə ərzində yanıma gələn xəstələrin 2-sində bu xəstəlik çıxır. Əfsuslar olsun ki, bizdə insanların tibbi maariflənməsi çox aşağıdır.
 
-Ümumiyyətlə, pasientlərinizə nə məsləhət verirsiniz, cinsi yolla ötürülən xəstəliklərdən necə qorunmaq olar?
 
-İlk növbədə pasientlərimizə tez-tez partnyor dəyişikliyi etməməyi məsləhət görürük. Bu, xəstədə həm də ciddi psixi problemlər yaradır. Belə olan halda xəstə bir partnyorla yalnız bir dəfə cinsi akta girə bilir. Çünki o, psixi olaraq partnyorunu tez-tez dəyişməyə vərdiş edib. Pasientlərə həmçinin məsləhət görürük ki, yuksək yoluxma riski olan insanlarla - fahişələr, narkomanlar, homoseksuallarla cinsi əlaqədən cəkinsinlər. Prezervativdən istifadə etmək, daha doğrusu, düzgün istifadə etmək vacibdir. Daha bir ciddi məqama toxunmaq istəyirəm. Prezervativdən istifadə qaydası iki cürdür. Biri cinsi akt zamanı qadını hamilə saxlamamaq, digəri isə cinsi infeksiyaya yoluxmamaq üçündür. Kişi qadınla vajinal cinsi əlaqədə oldu, prezervativi həmin dəqiqə çıxarır. Belə olan halda qadın hamilə qalmır. Yox, əgər kişi cinsi infeksiyalara yoluxmaqdan qorunmaq istəyirsə, prezervativi hamamda yuyunaraq, çıxarmalıdır. Örnək göstərim: cinsi aktdan sonra prezervativ cinsiyyət orqanında qalır. Kişi hamama girir, öncə prezervativ cinsiyyət orqanının üzərində ikən onu sabunlayır. Həmçinin əllərini də yaxşı-yaxşı sabunlayır. Daha sonra prezervativi çıxarır və təkrar əllərini yuyur. Çünki prezervativin üzərində infeksiya ola bilər. Prezervativi yumayanda, əllə çıxaran zaman infeksiya cinsiyyət orqanından içəri keçirir. Onu da deyim ki, cinsi əlaqədən dərhal sonra antibakterial sabunla tək cinsiyyət orqanını deyil, bütünlüklə qasıq nahiyyəsini yumaq lazımdır. Prezervativdən istifadə etdiyiniz halda belə əlaqədən sonra mutləq sidiyə gedin - bu cinsi infeksiyalarla yoluxma riskini azaldacaq. Bəzən görürsən ki, xəstə gəlir ki, doktor, mən seks zamanı daim prezervatdən istifadə etmişəm. Bu xəstəlik məndə haradandır? Araşdıranda da məlum olur ki, xəstə prezervativdən düzgün istifadə etmir. Onu da deyim ki, prezervativ cinsi keçən infeksiyalardan 100 deyil, 90 faiz qoruyur.
 
-Bəs 100 faiz qorunmaq üçün nə etmək lazımdır?
 
-100 faiz qorunmaq üçün onlara təklif olunur ki, partnyorla cinsi münasibətə girməzdən öncə analiz versinlər. Bax bu artıq 100 faizli qorunma olur. Həmçinin ictimai tualetdən necə istifadə etmənizə diqqət yetirin. Böyük əksəriyyət ayaqyolunu açır, dərhal da kabinaya və ya pissuara gedir. Üstəlik, sidiyə gedən zaman cinsi orqanını az əvvəl qapını açdığı əli ilə tutur. Sizdən öncə qapını minlərlə insan açıb. Necə fikirləşirsiniz, bu minlərdən bir neçə insanın zöhrəvi xəstəliklərdən əziyyət cəkmə ehtimalı və infeksiyanın ötürülmə ehtimalı nə qədərdir? Cinsiyyət orqanını tutacağınız əlinizlə tualetin qapısını açmayın. Əllərinizi yalnız sidiyə gedəndən sonra deyil, həm də əvvəl yuyun. Sadə qaydalara riayət edərək, cinsi infeksiyalar ilə yoluxma riskini azaltmaq mümkündür. Həmçinin bir sıra viruslara, cinsi yolla ötürülən xəstəliklərə qarşı mütlək vaksin edilsin. Vaksin olunduqdan sonra bərbərə, stomotolaqa, manikür və pedikürə gedənlər daha riskə girməyəcəklər.

-Qeyd etdiniz ki, cinsi aktdan sonra tək cinsiyyət orqanını deyil, bütünlüklə qasıq nahiyyəsini yumaq lazımdır. Məgər hər hansı bir xəstəlik cinsiyyət orqanından kənarda da yarana və ya yoluxa bilər?
 
-Bəli. Prezervativdən istifadə olunduğu halda qoruyucunun aidiyyatı olmayan yerlərdə dəri sürtünməsi nəticəsində popillomavirusuna (HPV) yoluxmaq olur. Təəssüf  ki, bu xəstəliklə bağlı bizdə heç bir maarifləndirmə aparılmır. Popillomavirus təhlükəlilik baxımından QİÇS, Hepatit B, C, sifilisdən heç də geri qalmır. Insan papilloma virusu (IPV) və ya Human papillomavirus (HPV) – hazırda ən geniş yayılmış infeksiyalardan biridir. Virusun təzahürləri - cinsi orqanın ətrafında sivri uclu kondilomalardır (ziyillər, ət xalları). Ziyillər və ya ət xallar solğun - boz, bəzən acıq cəhrayı və ya piqmentli gövdə üzərində törəmə kimi təyin edilir. Virusun əsas təhlükəsi yalnız törəmələrin bilavasitə əmələ gəlməsində deyil, müxtəlif onkoloji xəstəliklərin inkisaf ehtimalını bir neçə dəfə artıra bilmək qabiliyyətindədir. Paillomavirus arasında iki növ ayırd edilir: "yüksək kanserogen riskli” viruslar, "asağı kanserogen riskli” viruslar. Birincilər orqanizmə daxil olduğu zaman uşaqlıq boynu xərcənginin yaranma riskini xeyli artırır. "Asağı kanserogen riskli” viruslar usaqlıq yolunun xərçəng və xərcəngönü xəstəliklərinə nadir hallarda səbəb olurlar, bunun əvəzində onlar tez - tez genital ziyillərin (kondilomaların) təzahurlərinin səbəbi olurlar. Papillomalar daha cox cinsi əlaqə zamanı travmatik zədələnməyə məruz qalan yerlərdə lokallaşır. Kişilərdə sivri uclu papillomalar cinsi orqanın kənarı, başı və boynunda, sidik kanalının xarici dəliyinin nahiyəsində, bəzən isə kanalın özündə yerləşir. Qadınlarda adətən böyük və kiçik cinsiyyət dodaqları, dodaqların arxa birləşməsi, bəzən - uşaqlıq yolu divarları və usaqlıq yolu boynu zədələnir. Uşaqlıq yolu boynunun təcrid olunmuş zədələnməsi olduqca nadir hallarda muşahidə olunur. Oral və anal cinsi əlaqə zamanı ağız-udlaq, düz bağırsaq  (anus) zədələnir. Papillomaların inkubasiya dövrü 3 həftədən 8 aya qədər, orta hesabla - 2-3 ay təşkil edir. Bəzən papillomavirus orqanizmdə latent vəziyyətdə (ət xal yaranmadan) bir neçə il ərzində saxlanır. Papilloma virusunun müalicəsi elektro və ya lazer koaqulyasiyası vasitəsilə, kriodestruksiya (soyuqla dağılma) ilə, eləcə də kimyəvi maddələrin vasitəsilə papillomaların çıxarılması, immunomodulyatorlarının tətbiq olunması yolu ilə aparılır. Papillomaların kəsilib götürülməsi əsasən kosmetik məsələni həll edir, belə bir məlumat yoxdur ki, papillomaların cıxarılması orqanizmdən papilloma virusunun tamamilə xaric edilməsinə və ya onun cinsi yolla ötürülmə riskinin azalmasına səbəb olduğunu təsdiq etsin.

-Bəs oral və anal sekslə cinsi xəstəliklərə yoluxmaq riski nə dərəcədədir?
 
-Hepatit, Papilloma, QİÇS, 2-ci tip herpes – nəinki vajinal, anal yolla daha sürətlə keçirilir. Çünki anal dəlik fiziki olaraq dar olduğuna, daha çox dəri sürtünməsi, zamanı mikro –çatlar əmələ gəlir. Cinsi yolla keçən bütün infeksiyalar həmçinin oral və anal cinsi əlaqə zamanı da ötürürülür. Oral cinsi əlaqə zamanı yoluxma riski vajinal və ya anal cinsi əlaqədə olduğundan daha aşağıdır. Lakin bu halda riski tam olaraq istisna etmək olmaz.
Oral seksə gəlincə, burada risk azdır. Sizə izah edim. Bir qadının bədənində xlamidiya varsa və o, partnyoru ilə öpüşürsə, dodağında uçuq və ya yara varsa da belə, virusun keçmə ehtimalı yüksək deyil. Hər iki partnyorun dodağında yara olarsa, keçmə ehtimalı yüksək ola bilər. Bu da praktik olaraq üst-üstə düşmədiyinə görə yoluxma ehtimalı yenə aşağıdır. Tutalım, xlamidiya xəstəsi ilə öpüşdükdən sonra onda olan virus digərinə ötürülür. Həmin adamın ağzında –tüpürcəyində antibiotik tərkibli maddələr var ki, virusu öldürür. Hətta virus ağızda olmasa da, qida borusunda, ən geci isə mədə turşusundan "öləcək”. Amma qadın oral sekslə məşğul olarsa tüpürcəyindən kişinin cinsiyyət orqanına virus keçir. Çünki cinsiyyət orqanında ağız suyundakı kimi qoruyucu funksiya yoxdur. Ağızdan cinsiyyət orqanına keçə bilər, amma cinsiyyət orqanından ağıza xəstəlik keçmə ehtimalı azdır. Yaxud kişinin cinsiyyət orqanında infeksiya var. Qadın oral seks zamanı spermanı udsa belə, onda virusa yoluxma riski həddən artıq aşağıdır. Bir çoxları sanır ki, infeksiya sperma vasitəsilə keçir, yox. Amma bir qadın sekslə məşğul olan zaman qadında ifraz olunan sürüşkən maye sayəsində ona infeksiya keçir. Amma qadın oral sekslə məşğul olarsa tüpürcəkdən cinsiyyət orqanına virus keçir. Çünki cinsiyyət orqanında ağız suyundakı kimi qoruyucu funksiya yoxdur. Ağızdan cinsiyyət orqanına keçə bilər, amma cinsiyyət orqanından ağıza xəstəlik keçmə ehtimalı azdır. Hepatoloqlar şişirdib deyirlər ki, hepatit ağız suyu ilə keçir. Amma praktik olaraq, bu nəzəriyyə ilə üs-üstə düşmür. Hətta sizə misal da göstərər bilərəm. Uzun illərdir tanıdığım ailələr var ki, birtərəfli hepatitdir. 5-6 ildir ki, xəstəlik həyat yoldaşına keçməyib.
 
Səyami.H
BAKU.WS