055 213 76 73
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə 18-22, gündüz 25-29 dərəcə isti olacaq. Mülayim cənub küləyi əsəcək.
Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlıq ərazilərdə gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
Ziya Səccad
BAKU.WS