SİZİN REKLAM BURADA!
055 213 76 73


Bəzi bürclər pul qazanmağı xoşlasalar da, pul xərcləməyə bir o qədər meyilli deyillər. Aramızda pulu sevməyən yoxdur, amma bu bürclər pula o qədər düşkündür ki, sanki cibində əqrəb var, pul üçün doğulmuş kimi davranırlar.

BAKU.WS sözügedən zodyak nümayəndələrini sizlərə təqdim edir:

Buğa

Ən pulgir bürclər deyiləndə, buğalar siyahının başında gəlir. Buğalar hər şeydən çox pulu sevir və acgözlükdə heç kim onunla yarışa bilməz. Onlar həmişə daha çox qazanmaq üçün çalışırlar. Əldə etdiklərini ətrafdakılarla asanlıqla paylaşmaq istəməzlər. Dəbdəbəni həddən artıq sevən buğalar pullarını ancaq özlərinə xərcləyirlər. Bu səbəbdən də ən pulgir bürc mövqeyində birincidirlər.

Oğlaq

Borc pul verməyə belə nifrət edən oğlaqlar iddialı təbiətləri ilə tanınırlar. Bu səbəblə oğlaqlar ən pulgir bürclər arasında yer alırlar. Oğlaqlar düşünür ki, cəmiyyətdə müəyyən yer tutmalı və gələcəkləri üçün daha çox pul qazanmalıdırlar. Ancaq yaxın çevrələrində oğlaqlar həmişə xəsislikdə ittiham olunurlar.

Xərçəng

Pula çox düşkün olan xərçənglərin diqqət çəkən xüsusiyyəti pul məsələsində duyğularını asanlıqla kənara qoya bilməkləridir. Digər tərəfdən, xərçənglər pul xərcləməyi deyil, ümumiyyətlə onu saxlamağı xoşlayırlar. Amma ailələrinə qarşı belə davranmırlar. Onun təkcə özünü deyil, ailəsini də düşünməsi fərqli vəziyyət yaradır.

Tərəzi və Əqrəblər isə yuxarıda sadalanan üç zodyakdan fərqli olaraq pul düşkünü deyillər. Bu bürclərdən olanlar pula dəyər versələr, çox zəngin ola bilərlər.

BAKU.WS