13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakıda maraqlı hadisə yaşanıb.
 
BAKU.WS-in məlumatına görə, fotoqraf Fuad Ələsgərov Bakıda təkər satışı ilə məşğul olan şirkətdə pişiyin fotoşəklini çəkib. Məlumata görə, bu pişik Finlandiyadan konteynerlə təkərlərin arasında Bakıya gəlib. Bakıdakı şirkət nümayəndələri təkər partiyasının arasında pişik olduğunu görüblər. Bundan sonra Bakıdan Finlandiyaya pişik haqqında xəbər verilib. Finlandiyada təhlükəsiz kameralarına baxıldığı zaman pişiyin həqiqətən də konteynerə girdiyi görünüb.
 
Ancaq Finlandiyadakı şirkətin nümayəndələri Bakıya pişiyi orada saxlaya biləcəklərini bildiriblər. Pişik hazırda Bakıdakı mağazada yaşayır.   
 
Azad Əliyev
BAKU.WS