SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gecə saatlarında ictimaiyyətə təqdim olunan "iPhone 7” və "iPhone 7 Plus” smartfonlarının Azərbaycanda satışa çıxarılacağı vaxt və qiyməti məlum oldu.

Mobil telefonların satış mərkəzlərindən bildirilib ki, yeni smartfonların ilk partiyası artıq sifariş olunub.

"iPhone 7” və "iPhone 7 Plus” gələn ayın əvvəlindən Azərbaycan bazarında satışa çıxarılacaq.

Smartfonların ilkin qiyməti də məlum olub. 

Verilən məlumata əsasən, telefonun yaddaşından asılı olaraq onun qiyməti 1600-2100 manat civarında müəyyənləşib.
 
Oxu.az
BAKU.WS