Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Hidayət Zaidov saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Verilən məlumata görə, onun yaşadığı evin həyətində və rayonun Qılqılov kəndindəki meşəlik ərazidə xüsusi qulluq göstərərək yetişdirdiyi ümumilikdə 321 ədəd çətənə bitkisi, əlavə olaraq bir ədəd qanunsuz saxladığı "İJ" markalı ov tüfəngi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda nasaz işıqfor sürücü və piyadaları çaş-baş salır
Sumqayıtda nasaz işıqfor sürücüləri və piyadaları çaş-baş salıb. BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın...