13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edən Tehranə Bəhruzi "Mrs. Top of the World-2015” beynəlxalq gözəllik müsabiqəsinə qatılacaq.

BAKU.WS xəbər verir ki, T.Bəhruzi bu haqda trend.az-a danışıb.

Bildirib ki, müsabiqə noyabrın 13-dən 18-ə qədər Antalyada keçiriləcək.
 
"Mrs. Top of the World-2015” müsabiqəsi "IntRIGA World” fondu tərəfindən təsis edilib və xeyriyyə xarakteri daşıyır. Müsabiqədə 26 -46 yaşa qədər olan qadınlar iştirak edə bilər.
 
Yarışın finalında 5 qalib müəyyən edilir, və onlar aşağıdakı adlarla ilə yanaşı sponsorlardan müxtəlif bahalı hədiyyələr alırlar:
 
Mrs. Top of the World
I Vice Mrs. Top of the World
II Vice Mrs. Top of the World
III Vice Mrs. Top of the World

Həmçinin əlavə Mrs. Top of the World / Audience Favourite titulu da təsis edilib. Bu ada və tacı tamaşaçıların rəğbətini qazanan iştirakçı layiq görülür.
Qeyd edək ki, Tehranə Bəhruzi 1986-cı ildə sentyabrın 7-də Rusiyanın Xabarovsk bölgəsində anadan olub. 
 
Hazırda Bakıda yaşayır, Azərbaycan vətəndaşıdır. 

Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edib. Hərbi karyerasını davam etdirmək və Azərbaycanı layiqincə beynəlxalq müsabiqədə təmsil etmək niyyətindədir.
 
BAKU.WS