SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb. 
 
BAKU.WS-in məlumatına görə, Bakı aeroportunda yırtıcı ov quşları ilə görüntülənən ərəblər ətrafdakı insanlar tərəfindən maraqla qarşılanıb. Bakıya gələn ərəblər bahalı otellərdə yerləşdikdən sonra Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarına ov üçün yollanırlar. 
 
Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrini sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdirirlər. Videolardan görünür ki, ərəblər Azərbaycan hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır. 
 
 
ŞAHİN Həbibov
BAKU.WS