VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arterial təzyiqin yüksək olmasından Yer kürəsi əhalisinin 30-40%-i əziyyət çəkir.

Təzyiqinin yüksək olmasını bilənlərin ancaq yarısı müalicə alır.

Hipertoniya xəstəliyinin əmələ gəlməsinə müxtəlif faktorlar səbəb ola bilir:

- irsi quruluş xüsusiyyətləri

- kəskin və ya xroniki psixi-əsəb sarsıntıları

- xroniki strsslər

- diqqətin,gözün daim gərginlikdə olması

- uzun illər səs-küyün içərisində işləmək

- uzun müddət duzlu qidaların istifadəsi

- kalsium çatışmazlığı

- beyinin hipotalamik quruluşunun yaşla əlaqədar dəyişməsi

- kəllə-beyin travmaları

- zərərli maddələrin intoksikasiyası

- yağ-piy mübadiləsinin pozulması

Təzyiqin yüksəlməsinin inkişafına aşağıdakılar da səbəb ola bilir:

- periferik damarların spazmı və periferik müqavimətin artması

- ürək fəaliyyətinin həddindən çox artması

- böyrək damarlarının spazmı nəticəsində əmələ gələn işemiya

Arterial təzyiqdən əziyyət çəkən xəstələrin daima təzyiqlərini nəzarət altında saxlamaları vacibdir. Təzyiq ölçülən zaman bəzi qaydalara əməl etmək lazımdır:

- xəstə stola rahat oturmalıdır

- qolu sıxan paltar geyilməməlidir

- müayinədən 1 saat əvvəl kofe içmək olmaz

- burun və göz damcıları daxil olmaqla simptomimetiklər qəbul etmək olmaz

- bəzən hər iki qolda təzyiq ölçülməlidir

Təzyiqin həddən artıq yüksək olması xəstəliyin kəskin forması sayılır. Təzyiq xəstəliyinin əlamətlərinin ilkin dövrlərində xəstələr dərmansız müalicədən istifadə etsələr daha yaxşı olar.

Bundan başqa xəstələr xörək duzunu azaltmalı, karbohidrat və yağ mübadiləsinin daha çox pozulmaması üçün qida rasionuna diqqət yrtirməlidirlər.

Onlar spirtli içkilərdən və zərərli vərdişlərdən uzaq durmalıdır.

BAKU.WS