Bu gün Bakının Maştağa qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Elvin Əzizlinin fotosu yayılıb.
BAKU.WS xəbər verir ki, fotonu "Azərbaycan Universitetləri" “Facebook” səhifəsi paylaşıb.
Qeyd edək ki, Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub.
Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.
BAKU.WS