VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva anası - Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günündən fotolar paylaşıb. 
 
BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva rəsmi Instagram hesabından paylaşdığı şəkillərin altında anasını təbrik edib: 
 
"Dünyalar qədər sevdiyim əziz, mehriban və gözəl anamı ad günü münasibəti ilə təbrik edirəm! Ana, sən mənim üçün hər şeydən əzizsən!"
 
Paylaşılan şəkillərdə Mehriban Əliyeva, həyat yoldaşı İlham Əliyev, qızları Leyla və Arzu Əliyeva, dövlət başçısının oğlu Heydər Əliyev və prezidentin nəvələri də var.
 
Prezident ailəsinin özəl günündən fotoları oxucularımıza təqdim edirik: 
 
Nazim Babayev
BAKU.WS