VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkədə vəziyyətinin yaxşı olmadığı ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki o, 3 saatdır bir xəstəxanada öz hesabına belə yer tapa bilmədiyini paylaşıb.

Məsələ ilə əlaqədar TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova “Facebook”da paylaşım edib. O, bildirib ki, C. Əsgərova Təcili Tibbi Yardım Briqadası göndərilib:

“Ceyhunla bağlı biz də ən az sizin qədər həssas və narahatıq. İndi də Təcili Tibbi Yardım Briqadası göndərilib. Bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir.

Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur. Tezliklə şəfa tapmasını diləyirik!”.

BAKU.WS