Azərbaycana turist axını 2 dəfə artıb

Azərbaycana turist axını 2 dəfə artıb
Şou-biznes 83

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 330 679 turist səfər edib.

BAKU.WS xəbər verir ki, bu barədə “report”a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

İlk dörd aylıq göstəricinin 84 402-si aprel ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 84,4% çoxdur.

2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105%, 112%, 112% və 84% artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61%, 56%, 61% və 64% geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.

Oxşar xəbərlər

Çinlilər Azərbaycana axışacaq - FOTO

Çinlilər Azərbaycana axışacaq - FOTO

Dövlət Turizm Agentliyi Çindən turist axını olacağını bəyan edir.Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlə...

2338 Şou-biznes 16:37 01 mart 2019

Son xəbərlər