SİZİN REKLAM BURADA!
055 213 76 73


Avtobusda tapılan külli miqdarda vəsait sahibinə təhvil verilib.

“BakuBus” MMC-yə məxsus avtobusda tapılan 19 min 700 Amerika Birləşmiş Ştatları dolları sahibinə təhvil verilib.
Belə ki, sərnişinlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı dayanacaqda endikdən sonra sürücü Şamil Əylər oğlu Cəbrayılov Hava Limanı Ekspress marşrut xətti üzrə idarə etdiyi avtobusun salonuna baxış keçirib. Bu zaman o, oturacağın üstündən 1 ədəd gödəkçə və 19 min 700 Amerika Birləşmiş Ştatları dolları tapıb. Sürücü aidiyyəti üzrə təqdim etmək üçün gödəkçə və pulu oturacaqdan götürərək avtobusun saxlanc yerinə qoyub. Bu hadisədən az sonra bir nəfər sürücüyə yaxınlaşaraq avtobusda gödəkçə və pul unutduğunu bildirib. Müvafiq dəqiqləşdirmə işləri aparıldıqdan sonra gödəkçə və pul həmin şəxsə təqdim olunub.
Vətəndaş avtobusda unutduğu gödəkçə və pulun tapılaraq ona qaytarılmasına görə təşəkkür edib.

 

BAKU.WS