SİZİN REKLAM BURADA!
055 213 76 73




Bəzi iPhone telefonlarının Android kimi işləyə bilməsi üçün telefon qabı istehsal edilib.

BAKU.WS  Axşam.az-a  istinadən xəbər verir ki, Çinin "Jijia " şirkəti "Mesuit” adlı telefon qabları istehsal edib ki, bu qablar bəzi iPhone telefonlarını Android-ə çevirə bilir.

Şirkətin hazırladığı qablar port vasitəsi ilə iPhone telefonlarına qoşulur və telefonda Android sisteminin işlənməsinə şərait yaradır. Daxili nano sim kart yerinə də sahib olan qab iPhone 6, iPhone 6 Plus, iPhone 6S və iPhone 6S Plus telefonlarından istifadə edilə biləcək.

2GB RAM və 16GB daxili yaddaşa sahib olan qab 150 və 165 dollardan satışa çıxarılıb. Azərbaycana nə zaman idxal ediləcəyi bilinmir.

BAKU.WS